...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 27 İyul 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ AZERI LT FOB Ceyhan-nın iyulun 26-da qiyməti 1 barrel üçün 77,24 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 2,27 dollar artıqdır. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən məlumat veriblər.

AZERI LT CIF Augusta növünün iyulun 26-da qiyməti 1 barrel üçün 78,11 dollara bərabər olub. Bu isə əvvəlki qiymətdən 2,25 dollar artıqdır.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Bu layihədə operator rolunda "BP" şirkəti çıxış edir. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır. APİ üzrə Azeri Light növünün sıxlığı 34,8 dərəcə təşkil edir, kükürdün mövcudluğu isə 0,15 faizə bərabərdir.

İyulun 26-da URAL (EX-NOVO) neftinin qiyməti 1 barrel üçün 73,74 dollar təşkil edib. Bu öncəki qiymətdən 2,22 dollar artıqdır.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Azeri Light növü daxil olmaqla keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. APİ üzrə URAL neftinin sıxlığı 30,4-31,85 dərəcə təşkil edir, kükürdün mövcudluğu isə 1,8 faizə bərabərdir.

Brent Dated neftinin iyulun 26-na qiyməti 1 barrel üçün 77,49 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 2,3 dollar artıqdır. APİ üzrə Brent Dated neftinin sıxlığı 38,3 dərəcə, kükürdün mövcudluğu isə 0,36 faizə bərabərdir.

Xəbər lenti

Xəbər lenti