...

Nazir: "Yunanıstan hər il Azərbaycandan 2 mlrd. kubmetr qazın çatdırılmasında maraqlıdır"

Energetika Materials 2 Avqust 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Cümə axşamı Bakıda Yunanıstanın inkişaf naziri Dimitris Sioufas bəyan edib ki, Yunanıstan hər il Azərbaycandan 2 mlrd. kubmetr qazın çatdırılmasında maraqlıdır.

Onun sözlərinə görə, Yunanıstanın bu sahədə ixtisaslaşan dövlət və özəl şərkətləri Azərbaycana gələ və ARDNŞ ilə qazın alınması ilə bağlı müqavilə imzalaya bilərlər. Belə şirkətlərdən nazir "DEPA" şirkətini qeyd edib.

Cümə axşamı Azərbaycan və Yunanıstan neft-qaz sahəsində əməkdaşlığa dair Memorandum imzalayıblar. Azərbaycanın iqntisadi inrkişaf naziri Heydər Babayevin verdiyi məlumata görə, Yunanıstan şirkətləri Azərbaycanda neft-qaz layihələrinin işlənib hazırlanmasında iştirak etmək imkanına malikdirlər.

"Belə bir əməkdaşlığın əsasını bu gün Bakıda imzalanmış Memorandum qoyur, bu Memorandumda təkcə qazın çatdırılması məsələləri deyil, həmçinin neft sahəsində əməkdaşlıq nəzərdə tutulub" - deyə o bildirib. Bu əməkdaşlıq Babayevin həmsədri olduğu hökumətlərarası komissiyanın mövzusudur.

Neft-qaz sahəsində ikitərəfli münasibətlərin gələcək imkanları, mövcud imkanların araşdırılması, həmçinin nəql və təminat ilə bağlı təkliflərin hazırlanması iqtisadiyyat, sənaye və texnologiya sahəsində əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində yaradılacaq alt komissiyada müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti