...

Parlamentin deputatı Azərbaycanda AES-in tikintisinə ehtiyac görmür

Energetika Materials 27 Avqust 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan parlamentinin İqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov ölkədə atom elektrik stanstiyasının (AES) tikintisinə ehtiyac görmür.

Bazar ertəsi deputat Əhmədovun bildirdiyinə görə, geniş karbohidrogen ehtiyatlarına malik olan ölkədə AES-in tikintisinə ehtiyac yoxdur.

"Azərbaycanın AES-ə ehtiyacı yoxdur, çünki ölkə daxili ehtiyaclarını ödəyəcək kifafayət qədər neft və qaz ehtiyatlarına malikdir" - deyə Əhmədov bildirib.

Gümə günü Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib ki, Azərbaycanda nüvə reaktorunun tikintisi ilə bağlı razılıq əldə olunub.

Mart ayında hökumətə AES-in tikintisi ilə bağlı təkliflər paketi təqdim olunub. AES-in gücünü 1500 mVt-a çatdırmaq tövsiyə olunub. AES-in tikintisi məqsədilə Nəvai ərazisində (Bakıya yaxın) yer təklif olunub. Bu ərazidə stansiyanın tikintisi hələ Sovet dövründə planlaşdırılıb.

Azərbaycanda neft və qaz Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər tərəfindən hasil edilir. Karbohidrogen qismən kəmərlər vasitəsilə ixrac olunur, qalan hissə isə Bakıda yerləşən iki neft emalı zavodunda emal olunur.

Azərbaycan hazırda fəal şəkildə alternativ enerji mənbələrinin axtarışı ilə məşğuldur. AES-in tikintisindən əlavə, külək elekrtrik stansiyalarının tikintisi də nəzərdə tutulur. Lakin ekspertlər hesab edirlər ki, külək elektrik stansiyaları enerjiyə olan tələbatı lazımı dərəcədə ödəyə bilməyəcək.

"Azərbaycanda ölkənin neft-qaz ehtiyatlarının gücünü nəzər alaraq AES tikmək hələ tezdir" - deyə Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti