Bakı. Trend:
Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər satınalma təkliflərini 20.11.2020 il tarixinədək qapalı zərflərdə PAŞA Banka təqdim etməlidir.
Təklifdə aşağıdakı məlumatlar qeyd olunmalıdır:
• Fiziki şəxslər üçün: təklifin qiyməti, şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.
• Hüquqi şəxslər üçün: təklifin qiyməti, şirkətin hüquqi sahibinin şəxsiyyət vəsiqəsinin surəti və bank rekvizitləri.
Avtomobillərin sayı - 5. Avtomobillər yalnız bir lotda satılacaq, ayrılıqda satışı mümkün deyil.
Əlavə qeydlər:
1. Avtomobillərin Dövlət Yol Polisi idarəsində qeydiyyatı alıcının hesabına aparılacaqdır;
2. ƏDV Bank tərəfindən ödəniləcəkdir;
Təkliflərin göndəriləcəyi ünvan: PAŞA Bankın Baş ofisi, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı, AZ1005, Azərbaycan.
Məsul şəxs: Səidə Babayeva, Satınalmalar və inzibatçılıq departamentinin mütəxəssisi
Avtomobillər haqqında ətraflı məlumat və başlanğıc qiyməti aşağıda göstərilib:
Marka | Marka | Tipi | Rəng | Bura- xılış il |
Qeydiyyat nişanı köhnə (yeni) |
Mühər- rikin həcmi |
Yürüş, Km | Başlanğıc qiyməti |
Lexus | ES-350 | Sedan | Ağ Mirvari | 2016 | 10-PB-516 (99-PH-359) |
3,500 | 141,603 | 47,000.00 ₼ |
Toyota | Avalon | Sedan | Ağ Mirvari | 2015 | 10-PE-203 (99-PH-345) |
3,500 | 201,254 | 38,000.00 ₼ |
Toyota | Avalon | Sedan | Ağ Mirvari | 2015 | 10-PE-204 (99-PH-347) |
3,500 | 108,963 | 46,000.00 ₼ |
Toyota | Avalon | Sedan | Ağ Mirvari | 2015 | 10-PE-205 (99-PH-378) |
3,500 | 177,624 | 40,000.00 ₼ |
Toyota | Avalon | Sedan | Ağ Mirvari | 2015 | 10-PB-208 (99-PH-324) |
3,500 | 136,356 | 43,000.00 ₼ |