Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:
2020-ci ildə Azərbaycan dövlət büdcəsinə vergi daxilolmaları 7,4 milyard manat təşkil edib.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, dövlət büdcəsində daxil olan vəsait Azərbaycanın gücü və vətəndaşların sosial rifahı deməkdir:
"Vaxtında və tam şəkildə vergiləri ödəyən hər bir vergi ödəyicisi dövlətin inkişafına öz töhfəsini verir".