...

"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor

Maliyyə Materials 22 Yanvar 2021 13:46 (UTC +04:00)
"PAŞA Bank" dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək - Baş icraçı direktor

Bakı. Trend:

2020-ci ili qələbə xəbəri ilə başa vurmağımız sözsüz ki, gələcəklə bank sektoru ilə bağlı müsbət proqnozlar irəli sürməyə əsas verir.

Bunu Trend-ə "PAŞA Bank"ın baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlar kənd təsərrüfatı, qiymətli metal hasilatı, nəqliyyat və logistika, turizm, bir sözlə, iqtisadiyyatın real sektorunun müxtəlif seqmentləri üzrə fəaliyyət baxımından böyük potensiala malikdir:

"Bu səbəbdən də, həmin ərazilərdə həm yerli, həm də xarici sərmayədarlar öz bizneslərini qurmaqda maraqlı olacaq. Odur ki, bu ərazilərin zamanla ölkəmizin böyük biznes ocağına çevriləcəyini əminliklə söyləyə bilərik. Təbii ki, ilkin mərhələdə bu torpaqlarda bərpa işləri yer alacaq. Bu, ümumi infrastrukturun və ilkin yaşayış şəraitinin qurulmasını nəzərdə tutacaq. Xüsusilə də, sosial evlərin tikilməsi, avtomobil və dəmir yollarının, hava limanlarının bərpası və salınması əsas diqqət mərkəzində olacaq. Sonrakı mərhələdə isə genişmiqyaslı iqtisadi inkişaf layihələrinə keçid baş verəcək. Belə bir məqamda maliyyə qurumlarının üzərinə düşən əsas vəzifə sahibkarları gərəkən dəstəklə təmin etməkdir. Ölkəmizin bank icması bu ərazilərdə sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi və dəstəklənməsi üçün zəruri tədbirləri görməkdə maraqlıdır".

O bildirib ki, "PAŞA Bank" işğaldan azad edilmiş Şuşa şəhərində bankın yeni filialını açmaqda qərarlıdır:

"Bu qərar, Bankın 2021-2023-cü illəri əhatə edəcək yeni İnkişaf Strategiyasında da əksini tapır. Bu mərkəz vasitəsilə biz, dövlətin azad edilən ərazilərə yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə, yerli sahibkarlığın inkişafına, həm ölkə daxili, həm də xaricdəki tərəfdaşlarla əlaqələrin qurulmasına töhfə verəcəyik. Beləliklə də, PAŞA Bank bu ərazilərdə iri biznesləri dəstəkləməyə, kiçik sahibkarlığın inkişafına yardımçı olacaq. İlk yarandığı gündən PAŞA Bank bizneslərin etibarlı maliyyə tərəfdaşı qismində çıxış edir. Hazırda təklif etdiyimiz rəqəmsal həllər və ən müasir maliyyə vasitələri ilə sahibkarlara gündəlik biznes proseslərini daha da rahatlaşdırmağa, bütün diqqəti biznesin inkişafına yönəltməyə kömək edir. Əsas məqsədimiz müxtəlif biznes seqmentlərinin ehtiyaclarını ödəyəcək məhsullar və xidmətlər hazırlayaraq real sektoru dəstəkləmək, beləliklə də, Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və dayanıqlı inkişafına töhfə verməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti