...

Dövlət Vergi Xidməti pandemiya dövründə 358 milyon manatdan çox maliyyə dəstəyi göstərib

Maliyyə Materials 12 Fevral 2021 12:34 (UTC +04:00)
Dövlət Vergi Xidməti pandemiya dövründə 358 milyon manatdan çox maliyyə dəstəyi göstərib

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

Pandemiya dövründə Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdəki muzdlu işçilərə 246 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib.

Trend-in məlumatına görə, bunu Dövlət Vergi Xidməti rəhbərinin vəzifələrini icra edən Orxan Nəzərli "Post-pandemiya dövründə vergi sistemi" adlı konfransda deyib.

O bildirib ki, pandemiya dövründə özəl mikrosahibkarlara maliyyə dəstəyi 112,2 milyon manat təşkil edib:

"Sahibkarlara dəstək göstərilməsi maliyyə itkilərinin azalmasına, maliyyə vəziyyətinin yaxşılaşmasına, iş yerlərinin saxlanmasına yönəlib. Əmək haqlarının müəyyən hissəsinin ödənilməsinin birinci mərhələsi çərçivəsində 217,5 min muzdlu işçiyə, 2 mərhələdə 243,3 min muzdlu işçiyə, üçüncü mərhələdə 10 rayon üzrə 9,3 min muzdlu işçiyə, 4-cü mərhələdə 174,3 min muzdlu işçiyə maliyyə dəstəyi göstərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti