...

Azərbaycanın strateji valyuta ehtiyatları xarici borc həcmini 5,8 dəfə üstələyir

Maliyyə Materials 2 Aprel 2021 16:18 (UTC +04:00)
Azərbaycanın strateji valyuta ehtiyatları xarici borc həcmini 5,8 dəfə üstələyir

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci martın əvvəlinə olan vəziyyətə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 51 milyard dolları ötüb.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları göstəricisi ümumi daxili məhsulun 120 faizinə bərabərdir.

Qeyd olunub ki, həmin ehtiyatlar xarici borc həcmini 5,8 dəfə üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti