...

Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb

Maliyyə Materials 9 İyun 2021 11:01 (UTC +04:00)
Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun 2,8 faiz artımı proqnozlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının "Dünya iqtisadiyyatının perspektivləri" hesabatında deyilir.

Eyni zamanda, Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 3,9 faiz, 2023-cü ildə isə 3,4 faiz artımı gözlənilir.

Hesabatda qeyd olunur ki, Cənubi Qafqaz regionunun iqtisadiyyatı 2021-ci ildə 3,6 faiz, 2022-ci ildə 4,2 faiz artım nümayiş etdirəcək.

Dünya Bankı, həmçinin 2021-ci ildə dünya iqtisadiyyatının 5,6 faiz artım göstərəcəyini proqnozlaşdırır. Bu son 80 ildə ən yüksək artım tempi ola bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti