Bakı. Trend:
Azərbaycan Respublikasının Mərkəzi Bankı 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş qızıl və gümüş xatirə pul nişanlarının tədavülə buraxılmasını elan edir.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, müvafiq monetaların satışı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəsmi tərəfdaşı olan “MDM Münzhandelsgesellschaft MBH&CO KG Deutsche Münze” şirkəti (www.mdm.de) tərəfindən həyata keçiriləcək.