...

Bakıda qəbul ediləcək qərarlar bir çox ölkəyə təsir edəcək - Nigar Arpadarai

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 11:29 (UTC +04:00)
Bakıda qəbul ediləcək qərarlar bir çox ölkəyə təsir edəcək - Nigar Arpadarai
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim problemləri bütün dünyanı narahat edən məsələlərdir.

Trend xəbər verir ki, bu barədə COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai mətbuat konfransı zamanı deyib.

“Bütün bunları müzakirə etmək üçün dünya ölkələri bir araya gəlir. COP29 bu baxımdan çox mötəbər tədbirdir. Burada qəbul ediləcək qərarlar bir çox ölkəyə təsir edəcək.

Vətəndaş nümayəndələri və özəl sektorun COP29-da iştirakı vacibdir. Bizim üçün iqlim maliyyəsi əsas olduğu üçün biznesin rolu burada mühümdür. Biznesləri cəlb etmək bizim üçün əsas prioritet olacaq. COP29 çərçivəsində bərabərliyin təşviq edilməsi bizim üçün çox vacibdir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti