...

COP29 Azərbaycan üçün vacib tədbirdir - Nadir Zeynalov

Yaşıl iqtisadiyyat Materials 20 İyun 2024 12:32 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

COP29 Azərbaycan üçün vacib tədbirdir. Azərbaycan ilk dəfə bu cür böyük tədbirə ev sahibliyi edəcək.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda hər il COP-dan öncə keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxışı zaman deyib.

Nazir müavini bildirib ki, biz hər birimiz bu konfransı yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edirik.

“Səhiyyə Nazirliyi olaraq COP29 vaxtı yüksək səviyyəli tibbi xidmət göstərmək üçün hazırlıq görürük. Azərbaycana çoxlu sayda insanlar gələcək və onların yarana biləcək sağlamlıq problemlərinin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiririk”, - deyə o əlavə edib.

Qeyd edək ki, sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirir və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanır. “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq ilk dəfə ötən il Abu Dabidəki sammitdə elan edilmişdi. Builki Qlobal Sammit özəl sektordan, QHT-lərdən, qlobal maliyyə institutlarından və ali təhsildən 200 təşkilatı və 44-dən çox ölkəni təmsil edən 270-ə yaxın liderdən ibarət müxtəlif qrupları bir araya gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti