...

Qobustan Günəş Elektrik Stansiyasında görülən işlər müzakirə edilib

Yaşıl iqtisadiyyat Materials 3 Dekabr 2025 18:00 (UTC +04:00)
Qobustan Günəş Elektrik Stansiyasında görülən işlər müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Çinin “Universal Energy” şirkəti ilə Qobustan Günəş Elektrik Stansiyasında görülən işləri müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasında birinci panelin quraşdırılması çərçivəsində ölkəmizdə səfərdə olan “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşdük. Stansiyanın inşasının gedişi, əməkdaşlığın genişləndirilməsi, imkanları, eləcə də şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası üzrə təcrübəsi barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, 2027-cı ilədək istismara verilməsi nəzərdə tutulan Qobustan Günəş Elektrik Stansiyasında hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti