...

Azərcell "SMS günləri" kampaniyası elan edib

Telekommunikasiya Materials 1 Oktyabr 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell" oktyabrın 1-dən 31-dək abunəçiləri üçün SMS günləri elan edib. "Azərcell" -dən verilən məlumata görə, abunəçi gün ərzində hər 5 ödənişli SMS göndərdikdə, əvəzində 5 pulsuz SMS göndərmək imkanı qazanır.

GəncSim tarif paketinin istifadəçiləri isə, ay ərzində hər 15 ödənişli SMS göndərməklə, 15 pulsuz SMS göndərmək imkanı qazanır.

Hədiyyə olaraq təqdim olunmuş 5 SMS cari gün ərzində istifadə olunmadıqda, növbəti günə keçirilmir.

GəncSim tarif paketinin istifadəçiləri "SMS günləri" kampaniyasında iştirak etmək üçün əvvəlcə GəncSim tarif paketi çərçivəsində təqdim olunan pulsuz 15 SMS istifadə etməlidirlər.

GəncSim tarif paketinin istifadəçilərinə kampaniya zamanı hədiyyə olunmuş 15 SMS bu tarif paketi çərçivəsində növbəti aylıq pulsuz hədiyyələr verilənədək istifadə olunmadıqda, növbəti aya keçirilmir.

GəncSim tarif paketi çərçivəsində hər ay təqdim olunan pulsuz 15 SMS "SMS günləri" kampaniyası zamanı yalnız şəbəkədaxili deyil, həmçinin, digər istiqamətlərə göndərilə bilər (qısa nömrələrə göndərilən SMS-lər istisna olmaq şərti ilə).

Hazırda "AzərcellTelecom"un abunəçilərinin sayı 2,5 mln. təşkil edir. Şirkət Azərbaycanın ərazisinin 78%-ni və respublika əhalisinin 99%-ni mobil rabitə ilə əhatə edir, 300-dən çox operator ilə rouminq sazişinə malikdir.

"AzərcellTelecom" BM 1996-cı il yanvarın 19-da təsis edilib. Şirkət fəaliyyətə həmin ilin dekabrın 15-də, əhaliyə sonradan ödəmə xidmətləri təqdim etməklə başlayıb. "AzərcellTelecom" Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (35,7%) və Fintur Holdings BV-in (64,3%) birgə müəssisəsidir.

Xəbər lenti

Xəbər lenti