...

TAA fibrooptik kabel magistralının yeraltı optik xəttinin Naxçıvan-Türkiyə seqmentinin çox hissəsi tikilib

Telekommunikasiya Materials 21 Oktyabr 2007 02:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S. Babayeva/ Naxçıvan Muxtar Respublikası Rabitə və informasiya texnologiyaları nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə Trans-Asiya-Avropa (TAA) fibrooptik kabel magistralının yeraltı optik xəttinin Naxçıvan-Türkiyə seqmentinin çox hissəsinin tikintisi başa çatıb.

Duzdağ, Böyükdüz, Xok, Qıvraq, Şərur və Sədərək ATS-lərində xətlərin tikintisi başa çatıb. Eyni zamanda əsas magistraldan köməkçi magistralların çəkilişi davam edir.

Tikinti işləri ilin əvvəlində başlanıb. Azərbaycanla Türkiyə arasında bağlanan dövlətlərarası razılığa əsasən əsas magistralın müəyyən hissəsi Türk Telekom tərəfindən aparılır. Şirkət işləri ilin sonuna qədər İqdır şəhərinə kimi davam etdirməlidir. Nazirlikdə hesab edirlər ki, tikinti başa çatdıqdan sonra muxtar respublika informasiya blokadasından çıxacaq, muxtariyyatın ərazisi isə Türkiyə-Avropa və ya əksinə Azərbaycan-Orta Asiya-Rusiya istiqamətində informasiya mübadiləsi üçün tranzit magistralına çevriləcək.

Xəbər lenti

Xəbər lenti