...

Azərbaycanda İnternetə yüksəksürətli çıxış imkanları lazımi səviyyədə deyil- "Cisco"nun MDB üzrə vitse-prezidenti

Telekommunikasiya Materials 23 Noyabr 2007 16:17 (UTC +04:00)
Azərbaycanda İnternetə yüksəksürətli çıxış imkanları lazımi səviyyədə deyil- "Cisco"nun MDB üzrə vitse-prezidenti

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ "Cisco Systems"in MDB üzrə vitse-prezidenti Robert Eyci hesab edir ki, Azərbaycan güclü telekommunikasiya infrastrukturu yaratmalıdır və bunun üçün ölkədə mövcud bazanın inkişafına səramayə qoymaq lazımdır.

Eyci hesab edir ki, infrastruktunun təkmilləşdirilməsi bütün sahələrin sürətlə inkişaf etməsinə gətirib çıxaracaq.

"Bir tərəfdən, rabitə sahəsi ölkə kimi inkişaf edir, lakin çatışmazlıqlar da mövcuddur, məsələn, İnternetə yüksəksürətli çıxışın keyfiyyəti lazımi səviyyədə deyil" - deyə "Cisco"nun nümayəndəsi qeyd edib.

Eycinin sözlərinə görə, Azərbaycan, yalnız bütün vətəndaşların yüksəksürətli internetə çıxışı olduğu təqdirdə, dünyanın bütün qabaqcıl texnologiyalarından istifadə etmək imkanlarına malik ola bilər.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əvvəllər verdiyi məlumata görə, yaxın iki il ərzində dövlət telekommunikasiya sahəsinin inkişafına 300 mln. dollara yaxın vəsait ayıracaq.

Ölkədə hər 100 nəfərə 5-6 kompüter, eyni sayda insana isə, 15 stasionar telefon və 42-45 mobil telefon düşür. Genişzolaqlı rabitəyə çıxış az saydadır. İnternet istifadəçilərinin sayı əhalinin cəmi 10%-i təşkil edir.

Xəbər lenti

Xəbər lenti