...

"Azercell" operatorunun SimSim abunəçiləri üçün İsrail ərazisində rouminq xidməti istifadəyə verilib

Telekommunikasiya Materials 4 Aprel 2008 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend /Azərbaycanda GSM standartlarına müvafiq olan iri mobil rabitə operatoru "Azercell Telekom" MMC abunəçiləri öz nömrələrindən İsraildə də istifadə edə biləcəklər. Bu barədə şirkətdən məlumat verilib.

Bundan sonra SimSim abunəçiləri Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Moldova və Qazaxıstanla yanaşı, İsraildə də rouminq xidmətindən yararlanacaqlar.

"RoamCELL" xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.

"Azercell Telecom" 1996-cı il yanvarın 19-da birgə müəssisə kimi təsis edilib. İlk təsisçilər qismində "Turkcell İletişim Hizmetleri A.S." və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edib. Şirkət 1996-cı il dekabrın 15-də fəaliyyətə başlayıb. Şirkət abunəçilərə postödəmə əsasında mobil rabitə xidmətləri təqdim edirdi. Hazırda "Azercell Telecom" abunəçilərinin sayı 3 mln. nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti