...

Azərbaycanın Rabitə Nazirliyinin debitor borcları artıb

Telekommunikasiya Materials 22 İyul 2008 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir S.Babayeva/ Birinci yarımil ərzində Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin göstərdiyi rabitə xidmətlərinə görə debitor borcları təqribən 48 mln. manata çatıb. Nazirlikdən bildiriblər ki, debitor borcları ötən ilin əvvəli ilə müqayisədə 328,8 min manat artıb.

Altı ay ərzində "Aztelekom" İB üzrə debitor borcunun məbləği 523,9 min manat. "Baktelekom" İB - 217,8 min manat, Dövlət Radiotezliklər İdarəsi - 369,6 min manat, İsmayıllının telekommunikasiya qovşağı (TKQ) üzrə - 19,8 min manat, Yevlax - 28,2 min manat, Gədəbəy - 22,4 min manat, Şamaxı - 26,6 min manat, Qazax - 17,3 min manat, Bərdə üzrə isə 24,1 manat təşkil edib.

Büdcəyə borcu olan müəssisələr: "Aztelekom" İB - təqribən 1,9 mln. manat, "Baktelekom" İB - 548,8 manat və Rabitə Nazirliyinin digər regional telekommunikasiya idarələri.

Xəbər lenti

Xəbər lenti