...

Bakıda Türkmənistanla ТАЕ kabelinin çəkilməsi üzrə danışıqlar aparılacaq

Telekommunikasiya Materials 11 Oktyabr 2008 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr/ Trend , müxbir S.Babayeva/ Noyabrda Bakıya Türkmənistan nümayəndə heyətinin səfəri gözlənilir. Səfərdə bu ölkənin Trans-Asiya-Avropa kabel magistralının çəkilməsində mümkün iştirakı müzakirə ediləcək.

Əvvəllər bu məsələ ilə bağlı Türkmənistan və Qazaxıstanla dəfələrlə danışıqlar aparılıb.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkələr arasında razılıq əldə olunsa, magistral həm Qazaxıstan, həm də Türkmənistan istiqamətində çəkiləcək.

Bu layihə çərçivəsində operatorlar - Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Rabitə və Hesablamalar Mərkəzi və Qazaxıstanın "KazTransCom"SC arasında protokol imzalanıb. Sənədə əsasən, xərclərin 50 faizini Azərbaycan, 50 faizini isə, Qazaxıstan çəkəcək.

"KazTransCom"-dan verilən məlumata görə, mayın sonunda "KazTransCom"SC, Beynəlxalq Rabitə və Hesablamalar Mərkəzi,їAztelekomїİB və їAxiomї şirkəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdən sonra növbəti müddət üçün iş planı üzrə protokol imzalanıb.

Qazaxıstan və Azərbaycan arasında marşrutun uzunluğu 380  km olacaq. Hazırda mövcud marşrut, Azərbaycan ərazisindən yan ötməklə, Türkmənistan və İrandan keçir.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində hesab edirlər ki, Azərbaycandan ТАЕ kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi marşrutun təxminən 2000 km azalmasına gətirib çıxaracaq ki, bu da məlumatın ötürülməsi trafikini tezləşdirəcək.  

Xəbər lenti

Xəbər lenti