...

Azercell yeni tarif paketi tətbiq edib

Telekommunikasiya Materials 16 Oktyabr 2008 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend / Azərbaycanın mobil operatoru Azercell Teleсom MMC SimSim, GəncSim və Bizdən Bizə abonentləri üçün xəttin uzun müddətə açıq qalmasına və yüklənən konturları daha rahat sərf etməyə imkan verən xüsusi tarif paketi təklif edir.  

Şirkətin verdiyi məlumata görə, "Acıq xətt" tarif paketində olan abonentlər kontur kartlarını yüklədikləri zaman digər paketlərə nisbətən nə az, nə çox, düz 2 dəfə artıq istifadə müddəti əldə edir.

Yeni "Açıq xətt" tarif paketi  üçün 2 manatlıq yükləmə kartının istifadə müddəti 2 ay, 5 manatlıq kart üçün 4 ay, 10 manatlıq kart üçün  isə 6 ay olacaq. 20 manatlıq danışıq kartı yükləyən "Açıq xətt" abonentləri 1 il, 40 manatlıq kart yükləyən abonentlər isə düz 2 il müddətinə nömrələrinin bağlanmasından narahat olmaya bilərlər.   

Yeni tarif paketinə keçid qaydası digər tarif paketləri ilə eynidir. Bunun uçun sadəcə 7575-ə "acıq xətt" yazıb göndərmək kifayətdir.       

"Açıq xətt" tarif paketinin digər üstünlüyü isə tariflərin olduqca sadə olmasıdır. Ölkədaxili bütün istiqamətlərə (həm şəbəkədaxili, həm də şəbəkə xaricindəki zənglər) eyni qaydada qiymətləndirilir (1 saniyə - 1 kontur), bu isə SimSim, GəncSim və Bizdən Bizə abonentlərinin balansına nəzarət etməsini asanlaşdırır.

"Açıq xətt" tarif paketinə indiki "SimSim" tarif paketi abonentləri avtomatik olaraq keçirilir. "Bizdən Bizə" və "GəncSim" tarif paketlərinin abonentləri isə 7575-ə yaza bilərlər.

Xəbər lenti

Xəbər lenti