Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) Kürdəmir rayonunda (Bakının 189 km - də) Next Generation Network (NGN) şəbəkəsinin yaradılması üzrə tenderdən imtina edib.
İB - nin məlumatında bildirilir ki, rayon və yaxın kəndlərin mərkəzi ATS - nin yenidən qurulması və NGN - nin tətbiqi üzrə tender "Dövlət alışlarına dair" Qanunun bəndinə əsasən dayandırılıb. Burada bildirilir ki, tenderdə iddiaçıların sayı üçdən az olarsa, təşkilat müsabiqənin davam etdirilməsindən imtina edir.
Əvvəllər İB NGN şəbəkəsinə malik ATS Şamaxıda və rayonun 23 kəndində istifadəyə verib. Onun tətbiqindən sonra bütün bölgə sakinləri İP telefoniya və İnternet xitmətlərindən istifadə etmək imkanı əldə ediblər. Şamaxının mərkəzi və bütün kənd ATS -də Sloveniyanın "Iskratel" şirkətinin avadanlıqları quraşdırılb.
NGN (Gələcək nəsil şəbəkəsi) nitq, təsvir və kommutasiya paketlərindən istifadə ilə məlumatların ötürülməsi üçün təyin edilmiş çoxməqsədli şəbəkədən ibarətdir. NGN şəbəkəsi telekommunikasiya trafikləri üzrə müxtəlif növlər üçün lazımi xidmət keyfiyyətini təmin edir. Yuxarıda göstərilən texnologiyaların tətbiqi abunəçilərə VoIP-telefoniya, səsli poçt, məlumat ötürmə xidməti, multimedia xidmətləri, virtual xüsusi şəbəkə, məlumatların unifikasiya edilmiş mübadiləsi, məlumatların ani mübadiləsi, interaktiv nitq cavabı sistemi üzrə xidmət, interaktiv oyunlar, video -konfrans və ev meneceri kimi xidmətlərdən istifadə etmək imkanı verəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]