Azərbaycan, Bakı, 18 oktyabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiyayaları Nazirliyinin (RİTN) "Azerpocht" Dövlət Müəssisəsi (DM) cari ilin yanvar-sentyabr ayları ərzində ölkə daxilində 512,8 min ədəd pul baratları qəbul edib. Dövlət Müəssisəsindən verilən məlumata görə, bu, 2007-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə. 62,5 min ədəd çoxdur.
Bu dövr ərzində "Azerpocht" sisitemi vasitəsilə Azərbaycandan 1,21 mln. manat məbləğində 7879 barat həyata keçirilib. Xarici ölkələrdən Azərbaycana 3,14 mln. manat məbləğində 13,6 min barat reallaşdrılıb. Göndərilən baratların sayı 225 ədəd, qəbul edilənlərin sayı isə, 2,23 min barat artıb.
DM strukturunun tərkibinə 59 poçtampt, iki poçt müəssisəsi, iki törəmə müəssisə və səkkiz rabitə qovşağı daxildir.
"Azerpocht" strukturu tərkibində ölkənin bütün yaşayış məntəqələrini əhatə edən 1,3 min poçt şöbəsi fəaliyyət göstərir. DM müəssisələrində 4,2 mindən çox poçt işçisi çalışır.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]