...

Azərbaycanda İT-məhsul istehsalı artıb

Telekommunikasiya Materials 17 Noyabr 2008 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir S.Babayeva/ Yanvar-oktyabrda Azərbaycanda İT-məhsul istehsalı və göstərilmiş İT-xidmətlərin həcmi 30,1 faiz artımla  691 mln. manata çatıb,- Dövlət Statistika Komitəsi xəbər verir.

Ötürücü cihazlar üzrə istehsalın artımı 2,8 dəfə; nəzarət - ölçü cihazları - 2 dəfə; nəzarət aparatlarının quraşdırılması və texnoloji prosesin tənzimlənməsi üzrə - 61,6 faiz; məişət elektrik malları və radio - televiziya aparatlarının satışı - 72,9 faiz; kompüter, proqram təminatı (PT) satışı üzrə - 25,5 faiz; məsləhət və PT-nin göndərilməsi sahəsində 94,5 faiz; elektrorabitədə - 30,6 faiz; radioelementlərin istehsalında - 3,3 dəfə olub.

Rabitə işçilərinin orta aylıq əmək haqqı 24,1 faiz artıb və 428,4 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti