...

Azərbaycanın rabitə naziri "Elektron Azərbaycan" Dövlət Proqramının prioritetlərini açıqlayıb

Telekommunikasiya Materials 6 Dekabr 2008 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir S.Babayeva/ Azərbaycanın rabitə və informasiya texnologyaları naziri Əli Abbasov 2009-2012-ci illər üçün "Elektron Azərbaycan" Dövlət Proqramının prioritetlərini açıqlayıb. Bu, 2004-2008 - ci illər üçün birinci analoji Dövlət Proqramının davamıdır.

"Biz artıq Dövlət Proqramının layihəsini hazırlamışıq və orada Azərbaycanın İT sahəsində ən vacib layihələri müəyyənləşdirmişik", - şənbə günü nazir bildirib.

Onun sözlərinə görə, kosmik sənayenin inkişafı, dünyanın peyk bazarına çıxışın təmin olunması, Regional İnnovasiya Zonasının (RİZ) yaradılması və "Şərq - Qərb" yüksəksürətli informasiya magistralının salınması əsas prioritetlərdəndir.

Abbasov deyib ki, RİZ-in tətbiqi ölkənin informasiya texnologyaları sektorunu beş dəfə genişləndirməyə imkan verəcək.

"2018 -2020 - ci illər üçün biz IT sahəsində neft sektorunun gəlirlərinə analoji gəlirlər gözləyə bilərik. "Şərq - Qərb" magistralı Azərbaycanın İT sektorunda tranzit ölkəyə çevrilməsinə imkan yaradacaq", - nazir söləyib.

"Elektron Azərbaycan" Dövlət Proqramının ilkin versiyasına 80 - dən çox layihə daxil edilib, onlardan 30 -nu müxtəlif dövlət qurumları, qalanlarını Rabitə Nazirliyi təqdim edib.

Prezident İlham Əliyev 2005- ci ilin oktyabrında Azərbaycanda rabitə və informasiya texnologyaları sahəsində ilk Dövlət Proqramını ("Elektron Azərbaycan") təsdiq edib. Bu sənədə IT sahəsində iqtisadi -struktur islahatlar, rabitə və informasiya texnologyaları sektorunda müasirləşmə və genişlənmə, özəlləşmə, liberallaşma, nizamlanma, texniki müasirləşdirmə, televiziya və radio yayımının mükəmməlləşdirilməsi, poçt islahatları və informasiya cəmiyyətinə keçid proqramı daxildir.

Müəlliflə əlaqə ünvanı: s

Xəbər lenti

Xəbər lenti