...

Azerfon yeni baza stansiyaları quraşdırıb

Telekommunikasiya Materials 17 Dekabr 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azerfon (Nar Mobile ticarət nişanlı) 19 yeni baza stansiyasının istifadəyə verildiyini elan edib. Şirkətin məlumatında bildirilir ki, onlar Abşeron yarımadasında (1), Bakı şəhərində (9), Sumqayıtda (2), Ağsu (2), Ağstafa (1), Göyçay (1), İsmayıllı (1), Cəlilabad (1) və Masallıda (1) quraşdırılıb.

Nar Mobile göstərilən xidmət keyfiyyətinin daha da artırması məqsədilə bütün ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılmasını davam etdirəcək. Nar Mobile fəaliyyətdə olduğu qısa müddət ərzində Azərbaycan ərazisinin 80%-ni şəbəkəsi ilə əhatə edib.

Azerfon MMC-yə mobil rabitə xidmətləri göstərmək üçün ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005 - ci ildə lisenziya alıb. Şirkət kommersiya fəalliyyətinə 2007- ci il martın 21 - də başlayıb.

Xəbər lenti

Xəbər lenti