...

Azercell SimKredit xidmətində yenilik tətbiq edib

Telekommunikasiya Materials 19 Dekabr 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom kreditə danışıq konturları götürməyə imkan verən SimKredit xidmətində yenilik tətbiq edib.

Şirkətin məlumatında bildirilir ki, indi*150#YES və ya *250#YES yığmaqla, müvafiq olaraq 150 və ya 250 kontur kredit almaq olar. 9150 nömrəsinə kredit sözünü SMS vasitəsilə göndərməklə kreditə 150 kontur və ya 9250 nömrəsinə kredit sözünü göndərməklə kreditə 250 kontur əldə etmək imkanları da qüvvədə qalır.

Xidmətdən, telefon xətti aktiv olan və sistemə qoşulduğu andan etibarən balansına ən azı 6 AZN məbləğində kontur yükləmiş Açıq Xətt, Bizdən Bizə və GəncSim abonentləri istifadə edə bilərlər.

Kredit almaq üçün göndərilən bütün sorğular pulsuzdur. 150 kredit konturu üçün kreditdən istifadə haqqı 30, 250 kredit konturu üçün 50 konturdur.

Kreditə alınmış konturlar və kreditdən istifadə haqqı növbəti balansartırmadan sonra balansdan çıxılır. Konturlar balansdan çıxdıqda, abonent bu barədə bildiriş mesajı alır.

Xidmətdən gün ərzində yalnız bir dəfə istifadə etmək olar. Balansın SimKredit konturlarla artırılması həmin an qüvvədə olan SimSim danışıq kartının müddətini dəyişdirmir.

Bu gün Azercell Telecom Azərbaycanda ən iri Mobil raöbitə operatorudur və 3,5 mln abunəçiyə xitdmt gösitrir.

Xəbər lenti

Xəbər lenti