...

Azercell yeni rouminq müqavilələri bağlayır

Telekommunikasiya Materials 11 Mart 2009 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend /

"Azercell Telekom" MMC Macaunun "CTM" və Ukraynanın "UMC" mobil rabitə şirkətləri ilə Beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib, - bu barədə şirkətin məlumatında bildirilir.

Şirkət 2007-ci ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Hazırda "Azercell Telekom" MMC 45 mobil şəbəkə operatoru ilə 36 ölkədə MMS xidmətinə  qoşulub.

Ölkəmizin aparıcı mobil operatoru, indiyə kimi 68 ölkənin 164 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsi ilə xarici ölkədə olan abonent, yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

"Azercell Telekom" bu gün ölkədə mobil rabitənin ən böyük operatoru kimi 3,5 milyondan çox abonentə xidmət edir.

Xəbər lenti

Xəbər lenti