Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir Q.Vəliyev /
Yanvar-avqust aylarında Azərbaycanda IT məhsullarının istehsal həcmi və IT xidmətləri 672,1 milyon manat təşkil edib, bu, keçən ilin göstəricisindən 10 faiz çoxdur, Azərbaycan Dövlət Statisika Komitəsi məlumat verir.
Hesabat dövrü ərzində İKT işçilərinin orta aylıq əmək haqqı 15,5 faiz artaraq 503,9 manat təşkil edib. İşçilərin 73,3 faizi telekommunikasiya sektorunun payına düşür. Bu sektorda işləyən işçilərin sayı son illər ərzində 5,9 faiz artaraq 20,7 min nəfər təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]