...

Azərbaycan Mərkəzi Bankı (AMB) yüksək texnologiyalı avadanlıqların alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 10 Avqust 2010 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) yüksək texnologiyalı avadanlıqların alınması üzrə tender elan edib. Bu barədə bankın tender komissiyasının məlumatında deyilir.

Tender iki lot üzrə keçirilir. Birinci lot mobil, server və kompüter avadanlıqlarının alınmasını nəzərdə tutur. İkinci lotun predmeti rabitə, kompüter və elektrik şəbəkəsi avadanlıqlarının alınmasıdır.

İştirakçıların tender təklifləri 13 sentyabr saat 18:00-dək qəbul olunur.

Tender təkliflərinin açılışı sentyabrın 14-də saat 15:00-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

Birinci lot barədə ətraflı məlumatı 493-11-22 (daxili 398), ikinci lot üzrə 493-11-22 (daxili 295) telefonla əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti