...

Azərbaycanın "Şərq-Qərb" transmilli supermagistralın yaradılması üzrə təşəbbüsü "Cebit Bilisim Eurasia-2010"da təqdim edilib

Telekommunikasiya Materials 6 Oktyabr 2010 16:04 (UTC +04:00)
Azərbaycanın "Şərq-Qərb" transmilli supermagistralın yaradılması ilə bağlı təşəbbüsü informasiya-kommunikasiya texnologiyaları üzrə illik beynəlxalq "Cebit Bilisim Eurasia-2010" sərgi-konfransında təqdim edilib.
Azərbaycanın "Şərq-Qərb" transmilli supermagistralın yaradılması üzrə təşəbbüsü "Cebit Bilisim Eurasia-2010"da təqdim edilib

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "Şərq-Qərb" transmilli supermagistralın yaradılması ilə bağlı təşəbbüsü informasiya-kommunikasiya texnologiyaları üzrə illik beynəlxalq "Cebit Bilisim Eurasia-2010" sərgi-konfransında təqdim edilib. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin çərşənbə günü yayılan məlumatında deyilir.

"Şərq-Qərb" informasiya supermagistralının yaradılması üzrə Azərbaycanın irəli sürdüyü təşəbbüs BMT Baş Assambleyasının 64-cü sessiyasının 66-cı iclasında qəbul edilib.

Layihə ümumilikdə 20 ölkəni birləşdirəcək və regionun inkişafında mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasındakı "uçurum"u aradan qaldırmağa imkan verəcək. Təşkilat Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasında "informasiya uçurumu"nu aradan qaldırmağa, yoxsulluq səviyyəsini azaltmağa, iqtisadi artımı yüksəltməyə və regionun inkişafı üçün lokomotiv rolunu oynayacaq layihəyə dəstək verib. Siyasi texnologiyaya əsasən, bütün regional ölkələrə bu layihənin həyata keçməsi üçün lazımi tədbirlər görmək tövsiyə olunub.

"Cebit Bilisim Eurasia-2010" sərgisi oktyabrın 6-dan 10-dək İstanbulda keçirilir.

Sərgi-konfransda Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov başçılıq edir. Ölkənin milli pavilyonu İKT sahəsində həyata keçirilən nailiyyət və layihələri əks etdirir. Stendlərdə regional innovasiya zonasının yaradılması layihəsi, ilk milli telekommunikasiya peyki "Azerspace", İKT-nin təhsil və digər sahələrdə tətbiqi haqqında informasiya verilib. Dövlət sektorunun nailiyyətlərindən başqa, stendlərdə ölkənin özəl İT şirkətlərinin uğurları da öz əksini tapıb.

Sərgi ilə 79 ölkədən 145 mindən çox ziyarətçinin tanış olacağı gözlənilir. Bu il iştirak edən şirkətlərin sayı 22 ölkədən 989 şirkət təşkil edir. Sərginin ümumi ərazisi 120 min kvadratmetrə çatır. Sərginin ənənəvi bölmələri elektron hökumətə, innovasiyalara və s. aid olan bölmələrdir. Mobil və genişzolaqlı simsiz rabitə sektoru ətraflı təmsil olunub. Sərginin əsas fəaliyyəti işgüzar dairələri yeni qərarların yaradılması sahəsinə cəlb etməyə yönəlib.

Xəbər lenti

Xəbər lenti