Azərbaycan, Bakı, 12 oktyabr /Trend/
Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" yeni "Cin Kredit" xidmətində dəyişikliklər edib.
"Cin Kredit" xidmətinin yenilənməsi ilə indi "Cin" abunəçiləri sıfır balansla əvvəlki krediti qaytarmadan iki dəfə ardıcıl olaraq 300 kontur kreditə götürə bilərlər, lakin üçüncü "Cin Kredit"in alınması üçün əvvəlki "Cin Kredit"lərdən, heç olmasa, birinin borcu ödənilməlidir. Kreditə kontur götürmək üçün mobil telefondan *150#YES yığmaq lazımdır. Bu xidmətdən əvvəlcədən ödəmə tarif planından istifadə edən və son 3 ay ərzində balansına, ən azı, toplam 5 000 kontur (bonus konturları da daxil olmaqla) yükləmiş aktiv "Cin" abunəçiləri istifadə edə bilərlər. Kreditdən istifadə haqqı 60 konturdur.
"Cin Kredit" xidmətində bu yeniliyi tətbiq etməklə, "Bakcell" balansında kifayət qədər konturu olmadığı halda, təcili danışığa ehtiyacı olan abunəçilərin telefon danışıqlarını davam etdirməsinə şərait yaradır.
"Bakcell"in "Cin Kredit", digər xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün xahiş edirik, www.bakcell.com internet-səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-"Bakcell" abunəçiləri isə 055 0000 555-ə zəng etməklə, "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.