...

Azərbaycanın mobil rabitə operatoru Xınalıq kəndində "NarMobile" şəbəkəsindən istifadəni genişləndirir (FOTO)

Telekommunikasiya Materials 19 Oktyabr 2010 14:56 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azərfon MMC" Quba rayonunun Xınalıq kəndində mobil rabitə şəbəkəsindən istifadəni genişləndirir. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərfon MMC"nin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev məlumat verib.
Azərbaycanın mobil rabitə operatoru Xınalıq kəndində "NarMobile" şəbəkəsindən istifadəni genişləndirir (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azərfon MMC" Quba rayonunun Xınalıq kəndində mobil rabitə şəbəkəsindən istifadəni genişləndirir. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərfon MMC"nin korporativ əlaqələr üzrə meneceri Elşad Fərzəliyev məlumat verib.

Fərzəliyevin sözlərinə görə, şirkətin "NarMobile" şəbəkəsindən bütün respublika üzrə xidmət və istifadənin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş strategiyası çərçivəsində, "Azərfon" MMC Xınalıq kəndində 200-dən artıq ailəyə "NarMobile" nömrələri və mobil telefonlar təqdim edib.

"Fəaliyyətə başladığı qısa müddətə baxmayaraq, "NarMobile" şəbəkəsi Azərbaycanın mobil bazarında uğura nail ola bilib, bütün respublikada müştərilərə keyfiyyətli rabitə xidmətlərindən istifadəyə imkan yaradıb. Çətin hava şəraitlərində, demək olar, son dərəcə çətinliklə gedildiyi zonada mobil rabitədən istifadə buna sübutdur", - Fərzəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti