...

"Azercell" "PR People Awards" müsabiqəsində uğur qazanıb

Telekommunikasiya Materials 20 Oktyabr 2010 16:18 (UTC +04:00)
Şirkətin Korporativ məsuliyyət bölümünün müdiri Ülviyyə Həsənzadə yarışmanın finalçısı olub.
"Azercell"  "PR People Awards" müsabiqəsində uğur qazanıb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

"Azercell Telekom" MMC yarandığı gündən öz abonentlərini yüksək keyfiyyətli rabitə ilə təmin edir. Şirkət bütün dünyada tətbiq edilən texnologiyaları ilk olaraq Azərbaycana gətirir. Odur ki, "Azercell"in uğurlarının beynəlxalq arenada yüksək qiymətləndirilməsi də təəccüblü deyil.

Bu günlərdə "Azercell Telekom" MMC-nin daha bir əməkdaşı beynəlxalq səviyyədə uğur qazanıb. Şirkətin Korporativ əlaqələr və sosial məsuliyyət bölümünün müdiri Ülviyyə Həsənzadə nüfuzlu "PR News Online" agentliyi tərəfindən təsis olunan "PR People Awards" müsabiqəsinin finalçısı olub. "Azercell" təmsilçisi "Korporativ Sosial Məsuliyyət lideri" kateqoriyasında finala vəsiqə qazanıb.

Yarandığı gündən sosial məsuliyyəti dərk edən və əhalinin aztəminatlı, qayğıya ehtiyacı olan təbəqələrini diqqət mərkəzində saxlayan, hər il onlarla sosial məsuliyyət yönümlü layihələr həyata keçirən "Azercell" nümayəndəsinin belə bir müsabiqədə finala vəsiqə qazanması heç də təəccüblü görünməməlidir. Fəaliyyət göstərdiyi bu illər ərzində şirkət "Mobil Diş Klinikası", " Hər uşağın ailəyə ehtiyacı var", "Start Up", "Skills@Work yarışması", "Barama", "Uşaq qaynar xətt xidməti" kimi iri və əhəmiyyətli layihələrə imza atıb.

Sözügedən müsabiqəyə isə dünyanın hər yerindən tanınmış şirkətlərdə çalışan PR mütəxəssisləri qatılır. "PR People Awards" yarışmasında özəl sektorda qabaqcıl nəticələr göstərən şirkətlərin əməkdaşlarının nailiyyətləri qiymətləndirilir. Bu zaman il ərzində həmin şirkətin ictimaiyyətlə əlaqələr sahəsində əldə etdiyi uğurlar da nəzərə alınır.

Müsabiqənin qalibləri noyabrın 30-da Vaşinqtondakı Milli Mətbuat Klubunda keçiriləcək təntənəli təqdimat mərasimində elan ediləcək. Qaliblərə büllur mükafat təqdim olunacaq. Təqdimatdan bir gün sonra ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti