Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın Təhsil Nazirliyi elektron təhsil sisteminin inkişafını nəzərdə tutan portalın yaradılması üzrə işləri başa çatdırıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Resurs www.avel.edu.az ünvanında yerləşdirilib. Portalda tədris materialları, elektron nəşrlər, testlər və s. var.
Həmçinin, 2007-2012-ci illər texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində nazirlik tərəfindən səkkiz adda dərs vəsaitləri və elektron nəşrlər hazırlanıb. Dərs vəsaitləri respublikanın peşə təhsili müəssisələrində yayılıb.