...

Mobil rabitə operatoru "Azercell" "Ekonom" tarif paketini ləğv edir

Telekommunikasiya Materials 30 Mart 2011 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bu il aprelin 15-dən etibarən "Ekonom" tarif paketi ləğv ediləcək. Trend-in məlumatına görə, bu barədə "Azercell"in çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu paketdə olan bütün "Azercell" fakturalı xətt abonentləri avtomatik olaraq "Super Bizdən-Bizə" tarif paketinə keçiriləcəklər.

Seçimi başqa tarif paketi olan abonentlər, bu müddət ərzində mövcud "Azercell" fakturalı xətt tariff paketlərindən istənilən birini seçə bilərlər.

Xəbər lenti

Xəbər lenti