...

Azərbaycanda telefon şəbəkəsinin tam elektonlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər - Rabitə Nazirliyi

Telekommunikasiya Materials 12 Aprel 2011 14:36 (UTC +04:00)
Telefon danışıqları üçün vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqi bütün ümumi istifadəli telefon şəbəkəsinin elektronlaşdırılması üzrə işlər başa çatdıqdan sonra aktual ola bilər.
Azərbaycanda telefon şəbəkəsinin tam elektonlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər - Rabitə Nazirliyi

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir H.Vəliyev/

Telefon danışıqları üçün vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqi bütün ümumi istifadəli telefon şəbəkəsinin elektronlaşdırılması üzrə işlər başa çatdıqdan sonra aktual ola bilər. Bu barədə çərşənbə axşamı Trend-ə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, regional səviyyədə telefon rabitəsinin elektonlaşdırılması artıq başa çatıb, paytaxtın bəzi analoq ATS-lərinin elekton şəklə salınması üzrə işlər tamamlanma mərhələsindədir. Bu işlər başa çatıqdan sonra Azərbaycanın bütün telefon şəbəkəsi rəqəmsallaşdırılacaq.

"Bu gün artıq 494/495 saylı ATS-lərin elektronlaşdırılması üzrə işlər başa çatmaq üzrədir, ayın sonuna 438/439 saylı ATS-lərdə də işlər başa çatacaq. Bundan sonra ümumi istifadəli telefon şəbəkəsi yenilənməyə və yeni tarif paketlərinin ttəbiqinə hazır olacaq. Yenidənqurma başa çatdıqdan sonra nazirlik zərurət yaranacağı təqdirdə, Tarif Şurası tərəfindən qəbul edilə biləcək təkliflər hazırlayacaq", - Məmmədov vurğulayıb.

Nazir müavininin sözlərinə görə, yaxın perspektivdə vaxt hesabı ilə edilən ödənişin tətbiqi nəzərdə tutulmur. Bununla belə, vaxt hesabı ilə edilən ödəniş sistemi tətbiq edilsə də, bu, abonentlərin ziyanına olmayacaq.

Məmmədovun bundan əvvəl dediyinə görə, dəyişikliklər beynəlxalq və şəhərlərarası rabitə xidmətləri tarifinə, eləcə də abunəçiyə telefon xətlərinin çəkilməsinin dəyəri və stasionar telefon istifadəsinə görə aylıq abunə ödənişlərinə aiddir. Bir xidmət növünə tariflərin artırılması digərlərinin dəyərinin aşağı düşməsi ilə əvəz olunur. Məsələn, beynəlxalq danışıqların tarifi.

Xəbər lenti

Xəbər lenti