...

Bakıda telefon şəbəkəsinin tam elektronlaşdırılması başa çatıb - nazir müavini

Telekommunikasiya Materials 17 May 2011 11:07 (UTC +04:00)
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin ümumi telefon şəbəkəsinin tam elektronlaşdırılması başa çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Bakıda telefon şəbəkəsinin tam elektronlaşdırılması başa çatıb - nazir müavini

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin ümumi telefon şəbəkəsinin tam elektronlaşdırılması başa çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Bütün telefon stansiyaları tətbiq edilmısi prioritet vəzifələrdən olan növbəti nəsil (NGN - Next Generation Network) şəbəkələrinin bazasına əsaslanır. Yeni sistem operatora rabitə xidmətlərinin ənənəvi növləri ilə yanaşı, IP-telefoniya, genişzolaqlı internet və IP-TV xidmətlərini də göstərməyə imkan verir. İndiyədək operatorun şəbəkəsində fəaliyyət göstərən ATS-lərin 60 faizi növbəti nəsil şəbəkələrinin bazasına əsaslanırdı.

"Bakı Telefon Rabitəsi" İB-də davamlı rabitə və genişzolaqlı internet xidmətləri göstərmək üçün şəbəkə həllərindən, routerlərdən, ATS-lər arasında məlumatların ötürülməsi sürətini 1 Gbit/saniyədən 10 Gbit/saniyəyə çatdıran DATA-şəbəkənin təşkilinə imkan verən "Huawei", ZTE və "Cisco" şirkətlərinin telekommunikasiya avadanlıqlarından istifadə olunur.

Şəbəkənin müxtəlif seqmentlərində operator tərəfindən SDH-Ethernet alternativ şəbəkəsi fəaliyyət göstərir ki, bu da mövcud SDH şəbəkəsi üzrə E1 əlaqə kanalının üst IP-şəbəkələrini təşkil etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti