...

Azərbaycan Win32/Hodprot troyan proqramına yoluxan ölkələr arasında 5-ci yeri tutub

Telekommunikasiya Materials 6 Avqust 2011 12:04 (UTC +04:00)
Azərbaycan ilin əvvəlindən Win32/Hodprot troyan proqramının geniş yayılması qeydə alınan ölkələr arasında beşinci yeri tutub.
Azərbaycan Win32/Hodprot troyan proqramına yoluxan ölkələr arasında 5-ci yeri tutub

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan ilin əvvəlindən Win32/Hodprot troyan proqramının geniş yayılması qeydə alınan ölkələr arasında beşinci yeri tutub. Trend-in məlumatına görə, bu barədə ESET şirkətinin məlumatında deyilir.

Win 32/Hodprot troyan proqramı kompüterə distans bank xidmətinin göstərilməsi sistemlərinə yönələn müxtəlif növ pisniyyətli proqram təminatının yüklənməsi üçün nəzərdə tutulub.

Win 32/Hodprot troyan proqramına yoluxan ölkələrin ilk üçlüyünə Rusiya, Ukrayna və Qazaxıstan daxildir. Orada bank troyan ailəsinin digər fəallıqları var.

Bu, ilk növbədə bu regionlarda eyni bank proqram təminatından istifadə edilməsi ilə əlaqədardır.

ESET şirkətinin virus tədqiqatları və analitik mərkəzinin məlumatına görə, həm ev istifadəçisi, həm də hüquqi şəxslər üçün daha çox təhlükə törədən kibertəhdidlər maliyyə vəsaitlərinin oğurlanmasına yönələn zərərli proqramlar olmaqda qalırlar.

Zərərverici proqramlar dərhal yüklənəndən və işə salınandan sonra müstəqil şəkildə ləğv olunan, ya da fəallşan analoqlarından fərqli olaraq, Win 32/Hodprot sistemdə uzun müddət mövcudluğa hesablanıb. Sistemə bu troyan instalyasiya olunan zaman tətbiq olunan çoxlu komponentlər hesabına o, uzun müddət nəzərəçarpmaz qala bilir. Bundan başqa, bu zərərli proqramda sistemi yoluxdurduğu kriminal ekspertizanı xeyli çətinləşdirən funksiya da var.

Win 32/Hodprota yüklənən bütün zərərli komponentlər şifrələnmiş şəkildə reyestrin xüsusi yaradılan açarında saxlanılır. Bu, sistemə sirayət edən zaman diskdə şübhəli faylları aşkarlmağa imkan vermir. Bundan başqa, troyanları idarəetmə sisteminə yaxşı seçilməyən və uzaqməsafəli qarşılıqlı əlaqə prosesi üçün qeyri-standart alqoritm şifrlərində istifadə edirlər.

Xəbər lenti

Xəbər lenti