...

Azərbaycan rabitə operatoru internet xidmətlərində qısamüddətli fasilələr barədə xəbərdarlıq edir

Telekommunikasiya Materials 20 Sentyabr 2011 20:18 (UTC +04:00)
Rabitə operatoru "AzEuroTel" MMC 493, 498 və 598 saylı ATS-lərin abonentlərinin internet xidmətlərində qısamüddətli fasilələr ehtimalı barədə xəbərdarlıq edir.
Azərbaycan rabitə operatoru internet xidmətlərində qısamüddətli fasilələr barədə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə operatoru "AzEuroTel" MMC 493, 498 və 598 saylı ATS-lərin abonentlərinin internet xidmətlərində qısamüddətli fasilələr ehtimalı barədə xəbərdarlıq edir. Trend-in məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

Baş verən problemlərin səbəbi "Bakı Telefon Rabitəsi" İB-nin həmin ATS-lərdə köhnə nömrə tutumlarının yenilərinə keçirilməsi ilə bağlı apardığı işlərdir.

Yeni stansiyalar NGN (NextGenerationNetwork) texnologiyası bazasında tikilib.

"Bu ATS-lərin nömrə tutumlarının köçürülməsi işi ayın sonunadək başa çatacaq", - bir müddət əvvəl Trend-ə İB-dən bildiriblər.

AzEuroTel rabitə operatoru mayda tamamilə "Bakı Telefon Rabitəsi" İB-nin tabeliyinə keçib. AzEuroTel 492, 497 və 437 rəqəmli ATS-lərinin operatorudur. AzEuroTel-in nömrə tutumu 30 min ədəddir ki, bunun da 27 mini istismardadır.

Şirkətin yerli telefon rabitəsinin quraşdırılması və istismara verilməsi, seçilmiş beynəlxalq və şəhərlərarası peyk rabitəsi kanallarının təşkili, məlumat göndərmə və telematik rabitə şəbəkələrinin qurulması, video-konfrans-rabitə xidmətlərinin göstərilməsi, danışıq məntəqələrinin təşkili, yeni yerli, beynəlxalq və şəhərlərarası taksofonların quraşdırılması və istismarı üçün icazəsi var.

Xəbər lenti

Xəbər lenti