...

"Ailə TV" kabel televiziyası operatoru pulsuz rəqəmsal qəbuledici təklif edir

Telekommunikasiya Materials 10 Oktyabr 2011 12:34 (UTC +04:00)
"Ailə TV" kabel operator televiziyası abunəçilərin diqqətinə yeni bir aksiya təqdim edir. Trend-in məlumatına görə, bu barədə operatorun bazar ertəsi yaydığı məlumatda deyilir.
"Ailə TV" kabel televiziyası operatoru pulsuz rəqəmsal qəbuledici təklif edir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

"Ailə TV" kabel operator televiziyası abunəçilərin diqqətinə yeni bir aksiya təqdim edir. Trend-in məlumatına görə, bu barədə operatorun bazar ertəsi yaydığı məlumatda deyilir.

"Dost Gətir", "Ailə-yə qoşul, LCD TV qazan", "5 ay ödə, 1 ay pulsuz izlə" kimi müddətsiz həvəsləndirici aksiyaları həyata keçirən "Ailə TV", hazırda rəqəmsal yayıma keçidlə əlaqədar vətəndaşların ən əlverişli şərtlər çərçivəsində rəqəmsal yayıma qoşula bilmələri üçün yeni, "Rəqəmsal qəbuledicini pulsuz əldə et" adlı aksiyaya başlayıb. Sayca dördüncu olan və əvvəlki aksiyalar kimi müddətsiz olan aksiya, vətəndaşlara rəqəmsal yayımın bütün imkanlarından istifadə etmək hüququ verir.

Rəqəmsal yayımın vacibliyi və üstünlüklərini nəzərə alan "Ailə TV", məhz bu aksiya vasitəsilə vətəndaşlar və hazırda analoq yayımdan istifadə edən abunəçilər üçün rəqəmsal yayıma qoşulma istiqamətində ən əlverişli imkanlar təqdim edir.

Belə ki, Ailə TV tərəfindən həyata keçirilən yeni aksiyanın qaydalarına əsasən, 1 illik abunə haqqını ödəyən vətəndaşlar rəqəmsal aparat olan resiveri kabel televiziyası tərəfindən pulsuz eldə edirlər. 1 illik abunə haqqını, yəni 108 AZN ödəyərək resiveri şirkət tərəfindən hədiyyə olaraq əldə edən abunəçilər, həm də 1 ay müddətində rəqəmsal yayımda müxtəlif paketlərin daxilində olan bir çox kanalları pulsuz izləmək imkanına da sahib olurlar.

Bildirmək lazımdır ki, yeni aksiya ölkə miqyasında aparılan rəqəmsal yayıma keçid prosesləri ilə sıx bağlıdır. Ölkədə analoq yayımdan rəqəmsal yayıma keçidlə bağli intensiv işlərini getdiyi bir zamanda kabel televiziyası operatoru olan "Ailə TV" də bu istiqamətdə özünün xüsisi strategiyasını hazırlayıb və artıq reallaşdırır. Bu strategiya çərçivəsində bütün vətəndaşlar və eləcə də analoq yayım abunəçiləri üçün rəqəmsal yayıma keçid və keyfiyyətli yayım əldə etmə istiqamətində ən optimal şərtlər irəli sürülür.

Xüsusi olaraq qeyd edilməlidir ki ,bu gün rəqəmsal yayıma keçid və rəqəmsal yayımda mütəmadi olaraq kanal sayının artırılması "Ailə TV"-nin prioritetlərindəndir. Elə məhz "Ailə TV"-ni seçən vətəndaşların daha çox rəqəmsal yayıma üstünlük verdiklərini nəzərə alaraq kabel televiziyası, yeni aksiyaya başlamaq və vətəndaşlara güzəştli şərtlər çərçivəsində rəqəmsal yayıma qoşulmaq üçün ən müxtəlif imkanlar təqdim etmək qərarına gəlib.

Qeyd etmək lazımdır ki, "Ailə TV" həvəsləndirici aksiyaları daim davam etdirir və abunəçilərə telekommunikasiya sferasında ən son xidmətlər təklif edir.

"Ailə TV" ən son texnologiyalardan istifadə etmək, abunəçilərə keyfiyyətli yayım təqdim etmək və operativ xidmət göstərmək kimi prinsipləri daima öz fəaliyyətində rəhbər tutur.

Xəbər lenti

Xəbər lenti