...

Azərbaycanın poçt operatoru bankomatlarının sayını artırır

Telekommunikasiya Materials 14 Fevral 2012 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC fevralın sonunadək əlavə üç yeni bankomat quraşdıracaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Novruz Məmmədov bildirib.

"Hazırda poçt operatorunun şəbəkəsindəki bankomatların sayı 7 min ədəddir və onların sayı artırılacaq", - Məmmədov qeyd edib.

"Azərpoçt"un planlarına əsasən, ilin sonuna qədər operatorun şəbəkəsində quraşdırılacaq bankomatların sayı 30 ədədə çatacaq.

Poçt operatoru hər bir mərkəzi rayon şöbəsində ən azı bir bankomat quraşdırmaq niyyətindədir.

Qeyd edək ki, "Azərpoçt" MMC yerli və beynəlxalq kartlar buraxır.

Xəbər lenti

Xəbər lenti