...

SAZZ İnternet Novruz bayramı üçün endirim kampaniyası elan edib

Telekommunikasiya Materials 19 Mart 2012 10:52 (UTC +04:00)
Mart ayının 20-dən 31-dək nəzərdə tutulmuş bu kampaniya bütün SAZZ loqotipini daşıyan mağazaları əhatə edəcək. Trend-in məlumatına görə, bu barədə şirkətin bazr ertəsi yaydığı məlumatda deyilir.
SAZZ İnternet Novruz bayramı üçün endirim kampaniyası elan edib

Azərbaycan, Bakı, 19 mart / Trend/

Mart ayının 20-dən 31-dək nəzərdə tutulmuş bu kampaniya bütün SAZZ loqotipini daşıyan mağazaları əhatə edəcək. Trend-in məlumatına görə, bu barədə şirkətin bazr ertəsi yaydığı məlumatda deyilir.

Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofis, habelə bütün SAZZ brend mağazaları isə bütün bayram günləri ərzində müştəri qəbul edəcək.

Bayram kampaniyası çərçivəsində endirimlərdən həm yeni, həm də mövcud abunəçilər faydalana biləcəklər. Endirimlər USB modemləri ilə yanaşı həm də WiFi avadanlığına, o cümlədən, MF10 adaptoru və WiFi-WiMAX mərkəzinə aiddir. Aksiyada iştirak etmək üçün aktiv abunəçi paketinə sahib olmaq və ya yeni abunəçi müqaviləsi bağlamaq yetərlidir.

Xatırladaq ki, SAZZ İnternet limitsiz simsiz genişzolaqlı İnternet xidmətini Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, eləcə də Abşeron yarımadasının bir çox bağ qəsəbələrində təqdim edir.

Abunə müqaviləsini imzalayıb modem əldə edən müştərilər SAZZ İnternet xidmətlərinə dərhal qoşula bilirlər. Müqavilə şəxsiyyət vəsigəsi əsasında bağlanır. Abunəçi paketi 10 mbit/saniyəyə qədər sürətli limitsiz trafik nəzərdə tutur. Aylıq abunə haqqı 25 manatdır.

Qeyd edək ki, şirkət bütün yeni abunəçilərə SAZZ internet xidmətini test etmək imkanını və qaytarılma zəmanətini verir. Belə ki, SAZZ abunəçisi olduğu tarixdən başlayaraq hər istifadəçi 5 gün ərzində ödədiyi ilk aylıq abunə haqqını (istifadə olunmuş trafik həcmi 200 mb-dən artıq olmamaq şərtilə), eləcə də 14 gün ərzində aldığı avadanlığı tam və ya qismən qaytarıb pulu geriyə ala bilər.

SAZZ İnternet xidmətləri və keçirilən aksiyalar haqqında daha ətraflı məlumatı www.sazz.az saytından və ya hər gün 24 saat fəaliyyət göstərən 191 nömrəli SAZZ telefon xidmətindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti