...

Bakcell-in "Mançester tətilləri" kampaniyasının qalibləri müəyyən olundu

Telekommunikasiya Materials 28 Noyabr 2012 18:38 (UTC +04:00)
Azərbaycanın aparıcı mobil internet provayderi və bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olan "Bakcell" şirkətinin "Mançester tətilləri" kampaniyası başa çatıb.
Bakcell-in "Mançester tətilləri" kampaniyasının qalibləri müəyyən olundu

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycanın aparıcı mobil internet provayderi və bütün MDB məkanında "Mançester Yunayted"in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olan "Bakcell" şirkətinin "Mançester tətilləri" kampaniyası başa çatıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, oktyabrın 25-i başlayan və bütün "Bakcell" abunəçilərinə "Mançester Yunayted"in ev stadionu və dünyanın ən məşhur stadionlarından biri olan "Old Trafford"da futbol həyacanını yaşamaq imkanı yaradan "Mançester tətilləri" kampaniyasına SMS qəbulu noyabrın 25-də yekunlaşıb.

Kampaniyanın qalibləri "Bakcell" şirkətinin baş ofisində təşkil olunan onlayn püşkatmada seçilib. Püşkatmanı canlı izləmək və qaliblərin adlarını ilk bilənlərdən olmaq üçün Bakcell-in rəsmi internet səhifəsi www.bakcell.com, eləcə də Bakcell-in "facebook" səhifəsində xüsusi link yerləşdirilib.

Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün "Bakcell" şirkətinin rəsmi internet və "facebook" səhifələrinə, eləcə də "Mançester Yunayted"in Azərbaycan azarkeşləri üçün yaradılan səhifəsinə daxil olmaq olar: www.bakcell.com, www.facebook.com/bakcell, www.manutd.bakcell.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti