...

Azərbaycanda vergi bəyannamələrinin 90 faizi elektron formada təqdim olunur

Telekommunikasiya Materials 22 Yanvar 2013 17:16 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi öz xidmətlərinin yarısından çoxunu elektron formada təqdim edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında bildirib.
Azərbaycanda vergi bəyannamələrinin 90 faizi elektron formada təqdim olunur

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi öz xidmətlərinin yarısından çoxunu elektron formada təqdim edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı vergilər nazirinin birinci müavini Natiq Əmirov mətbuat konfransında bildirib.

"Ölkəmizdə elektron hökumət çərçivəsində təqdim olunan elektron xidmətlər arasında Vergilər Nazirliyi ən çox sayda - 57 elektron xidmət göstərən dövlət orqanıdır. 2012-ci ildə nazirliyə elektron xidmətlər vasitəsilə 88,5 milyon manat vəsait daxil olub", - Əmirov deyib.

Onun sözlərinə görə, 2012-ci ilin noyabr-dekabr aylarında internet vasitəsilə yerli kapitalla 859 min hüquqi şəxs qeydiyyatdan keçib. Bu gün ölkədə hüquqi şəxslərin - yerli kapitala malik məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı mümkündür. Onların xüsusi çəkisi kommersiya hüquqi şəxslərin ümumi sayında 85 faiz təşkil edir.

Gələcəkdə Azərbaycanda 100 faizlik xarici kapitala malik birgə müəssisə və şirkətlərən elektron qeydiyyatı mümkün olacaq.

"2012-ci ildə nazirlik daha altı bankla elektron sənəd dövriyyəsinə başlayıb və beləliklə, onların sayı 37-dək artıb", - Əmirov bildirib.

Nazir müavininin sözlərinə görə, 2012-ci ildə nazirliyə 1,248 milyon vergi bəyannaməsi daxil olub ki, bu bəyannamələrin də 89,9 faizi elektron formada verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti