Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir H.Vəliyev/
2013-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana ümumi dəyəri 2409,8 min dollar olan 53 341 ədəd mobil telefon idxal olunub. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, 2012-ci ilin analoji dövründə qeydə alınan göstəricilərlə müqayisədə (87 019 ədəd mobil telefon idxal edilib) idxal olunan mobil telefonların sayı 38,71 faiz, pulla ifadədə isə bu göstərici 44,79 faiz azalıb.
Ölkəyə hər ay orta hesabla 6,6 min ədəd mobil telefon idxal edilib. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 301 min dollardan çox təşkil edir.