...

"AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə "Mobile World Congress" konfransında "Sazz 4G İnternet"i təmsil edir

Telekommunikasiya Materials 27 Fevral 2014 15:29 (UTC +04:00)
Barselonada keçirilən "Mobile World Congress 2014" dünyanın ən aparıcı mobil operatorları, İKT şirkətləri, yeni texnologiya trendlərini izləyən istehlakçılar üçün əsas məkanlardan biri hesab olunur. İlin ən yeni mobil cihaz və qurğuları ənənəvi olaraq ilk dəfə məhz bu konqresdə nümayiş olunur. "Sazz 4G İnternet"i bu mötəbər tədbirdə Ceyhun Mollazadə təmsil edir.
"AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə "Mobile World Congress" konfransında "Sazz 4G İnternet"i təmsil edir

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Barselonada keçirilən "Mobile World Congress 2014" dünyanın ən aparıcı mobil operatorları, İKT şirkətləri, yeni texnologiya trendlərini izləyən istehlakçılar üçün əsas məkanlardan biri hesab olunur. İlin ən yeni mobil cihaz və qurğuları ənənəvi olaraq ilk dəfə məhz bu konqresdə nümayiş olunur. "Sazz 4G İnternet"i bu mötəbər tədbirdə Ceyhun Mollazadə təmsil edir.

Fevralın 24-də öz işinə başlayan konqres maraqlı çıxışçılar və tamamilə yeni texnoloji cihazların nümayişi ilə dünya mediasının diqqətini çəkib. Dörd gündür davam edən konqres "facebook" sosial şəbəkəsinin yaradıcısı və sahibi Mark Tsukerberqin "WhatsApp" mobil əlavəsini almaq qərarı ilə bağlı çıxışı, yeni "Samsung Galaxy S5" telefonu, Huavey şirkətinin dünyanın ən sürətli Wi-Fi ruteri və dünyaca digər məşhur texnologiya brendlərinin yeni məhsullarının nümayişi ilə yadda qalıb.

Konqresdə İKT bazarında rast gəlinən trendlərdən söz açılıb, texnoloji nailiyyətlər, yeni ideya və təşəbbüslər səslənib. Konqresin 40-dan çox sessiyasında mobil rabitənin gələcəyi, yeni texnologiyaların tətbiqi məsələləri barədə fikir mübadiləsi aparılıb. Ən nüfuzlu şirkətlərin lider və ekspertlərinin iştirakı ilə mobil rabitə sahəsində müşahidə olunan problemlər, onların həlləri ilə bağlı panellər keçirilib. C.Mollazadə interaktiv sessiyalarda mobil internet, telekommunikasiya sahəsindəki innovasiyalar, "start-up"lar və bir çox fərqli mövzulardakı diskussiyalarda iştirak edib.

Konfransla yanaşı davam edən sərgiyə isə dünya mobil sənayesinin öndə gedən isimləri qatılaraq öz məhsullarını nümayiş etdirirlər. Hər il sərgidə səhiyyə, maliyyə və bank sektorunda mobil texnologiyalar, digər seqmentlərə dair stendlər təqdim edilir.

C.Mollazadə həmçinin 9-cu GTI sammitində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti