...

BSA-nın tədqiqatı: Lisenziyasız proqram təminatının istifadə səviyyəsi 85% təşkil edir

Telekommunikasiya Materials 24 İyun 2014 17:34 (UTC +04:00)
Kompüter istifadəçiləri zərərli proqramlardan irəli gələn risk təhlükəsinin əsas səbəbini lisenziyasız proqram təminatından istifadəsində görürlər.
BSA-nın tədqiqatı: Lisenziyasız proqram təminatının istifadə səviyyəsi 85% təşkil edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Kompüter istifadəçiləri zərərli proqramlardan irəli gələn risk təhlükəsinin əsas səbəbini lisenziyasız proqram təminatından istifadəsində görürlər. Narahatlıq doğuran əsas amillər sırasında haker müdaxiləsi və məlumat itkisi risklərini qeyd etmək olar. Bununla belə, 2013-cü ildə qanunsuz quraşdırılmış proqram təminatının səviyyəsi 85% təşkil edib.

BSA-nın proqram təminatından qanuni istifadəsi haqqında bu və digər qlobal tədqiqatların nəticələri effektiv idarəetmə üsullarının tətbiqinin zəruriliyini qeyd edir ki, bu da biznesin qurulması üçün xüsusilə aktualdır.

"Lisenziyasız proqram təminatından istifadənin riskləri haqqında istifadəçilərin məlumatlandırılması ildən-ilə artır və Azərbaycanda 2005-ci ildən lisenziyasız proqram təminatının istifadə səviyyəsi son 9 ildə 9% azalıb. Lakin lisenziyasız proqram təminatının istifadə səviyyəsinin 85% olması hələ də yüksək göstəricidir. İndi həm dövlət, həm biznes, həm də istifadəçilər tərəfindən lisenziyasız proqram təminatının istifadə səviyyəsinin azaldılmasına güc sərf etməyin vaxtıdır. Proqram aktivlərinə nəzarət və planlı iş müəlliflik hüquqları haqqında qanun pozuntularının ümumi səviyyəsini azaltmağa, mühüm risklərdən qaçmağa və hətta öz xərclərini azaltmağa kömək edəcək", - deyə BSA-nın Azərbaycandakı nümayəndəsi Nəriman Ramazanov bildirib.

"Proqram təminatı bazarının qlobal tədqiqatı" iki ildən bir BSA-nın sifarişi ilə IDC şirkəti tərəfindən keçirilir; bu il 34 bazarın fərdi kompüter istifadəçisi, o cümlədən təxminən 22 min fərdi və korporativ kompüter istifadəçisi və daha 2 min İT-rəhbər sorğuda iştirak edib.

Tədqiqatın əsas nəticələr sırasında:

- Azərbaycanda zəruri lisenziya olmadan quraşdırılmış proqram təminatının payı 2013-cü ildə 85% təşkil edib ki, bu, 2011-ci ilin göstəricisindən 2 faiz bəndi aşağıdır.

- Dünya üzrə kompüter istifadəçilərinin lisenziyasız proqram təminatından imtina etməklərinin əsas səbəbi onların zərərli kodlardan yarana biləcək təhlükədən çəkinmədir. Lisenziyasız proqram təminatı ilə bağlı təhlükə sırasında istifadəçilərin 64%-i hakerlərin hücumundan, 59%-i isə məlumat itkisindən ehtiyat edir.

- Dünya üzrə İT-rəhbərlər lisenziyasız proqram təminatının zərər yetirə biləcəyi barədə narahatçılıqlarını bildirirlər, lakin onlardan yarısından az hissəsi şirkətlərində lisenziyalı proqram təminatının lazımınca istifadə olunmasını tam əminliklə bəyan edə bilərlər.

- Dünya üzrə şirkətlərin yalnız 34%-i lazımi qaydada lisenziyalaşdırılmış proqram təminatının istifadəsini tələb edən xidməti təlimata malikdir.

"Lisenziyasız proqram təminatından istifadə təşkilati-idarəetmə səviyyəli problemdir və bizim sorğunun nəticələri bu istiqamətdə əlavə işlərin zəruriliyini göstərir. İstənilən şirkət üçün lisenziya tələblərinə tam riayət olunmasını təmin etməyə imkan verən bir sıra tədbirlər mövcuddur. O cümlədən bu, lisenziyalı proqram təminatının istifadəsi barəsində rəsmi korporativ qaydaların qəbul olunması və uçotun diqqətlə aparılmasıdır. Bundan başqa, şirkətlər beynəlxalq standartlara cavab verəcək proqram aktivlərinin idarə olunması üçün daha çevik və etibarlı mexanizmlərin tətbiqini nəzərdən keçirməlidir. Bu cür SAM-təşəbbüslər effektiv mexanizm nəzarəti və şəbəkədə quraşdırılmış proqram təminatı haqqında tam təsvirin formalaşdırılması hesabına nəzərə çarpan üstünlüklər verə bilər. Analoji tədbirlər şirkətlərə təhlükədən və əməliyyat risklərindən qoruyur və şirkətdə istifadəçilərin sayına əsaslanaraq, lazımi qədər lisenziyanın olmasına zəmanət verir", - deyə BSA-nın prezidenti və baş icraçi direktoru Viktoria Espinel (Victoria Espinel) bildirib.

Tədqiqatının digər nəticələri sırasında:

- Zəruri lisenziyalar olmadan quraşdırılan proqram təminatının qlobal səviyyəsi 2011-ci ildəki 42%-dən 2013-cü ildə 43%-dək artıb. Bu, lisenziyasız proqram təminatının istifadəsinə görə yüksək paya malik olan inkişaf edən ölkələrdə fərdi kompüterlərin sayının artması ilə bağlıdır.

- Dünyada quraşdırılmış lisenziyasız proqram təminatının məcmu kommersiya dəyəri 2013-cü ildə 62,7 mlrd. dollar təşkil edib.

- Lisenziyasız proqram təminatının ən yüksək istifadə səviyyəsi Asiya və Sakit Okean regionunda (62%) müşahidə olunur. 2011-ci illə müqayisədə bu göstərici 2 faiz bəndi artıb. Quraşdırılmış lisenziyasız proqram təminatının kommersiya dəyəri 21 mlrd. dollara çatıb.

- Mərkəzi və Şərqi Avropa regionu quraşdırılmış lisenziyasız proqram təminatının sayına görə (61%) növbəti yeri tutur. Üçüncü yerdə - Latın Amerikası (59%) və Yaxın Şərq və Afrika (59%) ölkələridir.

- Qərbi Avropada lisenziyasız proqram təminatının payı 2013-cü ildə 3 faiz bəndi azalaraq 29%-dək aşağı düşüb, kommersiya dəyəri isə 12,8 mlrd. dollar təşkil edib.

- Avropa İttifaqında lisenziyasız proqram təminatının payı 2013-cü ildə 2 faiz bəndi azalaraq 31%, kommersiya dəyəri isə 13,5 mlrd. dollar təşkil edib.

BSA-nın qlobal tədqiqatının tam mətni ilə, o cümlədən regionlar üzrə məlumatla BSA-nın veb-saytından yükləmək mümkündür: www.bsa.org/globalstudy.

BSA haqqında:

Proqram Təminatı İstehsalçıları Assosiasiyası (BSA | "The Software Alliance") proqram təminatı üzrə qlobal sənayenin maraqlarını təmsil edən iri təşkilatladır. Assosiasiya ölkə hökumətləri ilə qarşılıqlı əməkdaşlıq edir və beynəlxalq bazarlarda təmsil olunur. Assosiasiyanın üzvləri sırasına iqtisadiyyatın inkişafını stimullaşdıran və həyat səviyyəsini təkmilləşdirən proqram həlləri hazırlayan dünyanın innovasiya şirkətləri daxildir. Mənzil-qərargahı Vaşinqtonda yerləşən BSA 60-dan artıq ölkədə təmsil olunur. Assosiasiya proqram təminatının leqal istifadəsinə imkan yaradan təşəbbüslərin həyata keçirilməsi və texnoloji innivasiyaların inkişafına və rəqəmsal iqtisadiyyatın artımına yönəlmiş siyasətlərin hazırlanması ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti