...

Gürcüstana edilən beynəlxalq zənglərin qiyməti artırılıb

Telekommunikasiya Materials 11 Oktyabr 2014 13:12 (UTC +04:00)
Gürcüstanın Kommunikasiyalar üzə Milli Komissiyası ölkəyə daxil olan beynəlxalq zənglərə görə yeni minimum tarifi müəyyən edib.
Gürcüstana edilən beynəlxalq zənglərin qiyməti artırılıb

Gürcüstan, Tbilisi, 11 oktyabr /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın Kommunikasiyalar üzə Milli Komissiyası ölkəyə daxil olan beynəlxalq zənglərə görə yeni minimum tarifi müəyyən edib.

Komissiyadan Trend-ə verilən məlumata əsasən, qərara əsasən, mobil şəbəkə operatoru üçün Gürcüstana daxil olan beynəlxalq zəngin 1 dəqiqəsinə görə tarifin aşağı həddi 0,20 dollar (əvvəl 0,10 dollar), fiksasiya edilmiş şəbəkə operatorları üçün isə 0,12 dollar (əvvəl 0,05 dollar) təşkil edəcək.

Şəxsi mobil və ya fiksasiya edilmiş şəbəkəyə malik olmayan və beynəlxalq telefon xidmətləri göstərən avtorizasiya edilmiş şəxslərə gəlincə, onlar üçün mobil şəbəkədən istifadə halında tarifin aşağı həddi 0,16 dollar, fiksasiya edilmiş şəbəkələrdə isə 0,09 dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti