...

SAZZ BakuTel-də simsiz rabitə texnologiyasının imkanlarını təqdim edəcək

Telekommunikasiya Materials 28 Noyabr 2014 19:33 (UTC +04:00)
Bu il ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri - "BakuTel" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı öz yubileyini qeyd edir.
SAZZ BakuTel-də simsiz rabitə texnologiyasının imkanlarını təqdim edəcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu il ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri - "BakuTel" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı öz yubileyini qeyd edir.

"Bakı Ekspo Mərkəzində" keçiriləcək builki sərgiyə yerli şirkət və təşkilatlardan əlavə, dünyanın 30 ölkəsindən 250 şirkət öz pavilyonları ilə çıxış edəcəklər. Azərbaycanda dördüncü nəsil genişzolaqlı simsiz internet xidmətinin provayderi olan SAZZ brendi altında fəaliyyət göstərən "AzQtel" şirkəti sərgidə TDD LTE texnologiyasının imkanlarını nümayiş etdirəcək. Məlumatın 100 mb/s qədər sürətlə ötürülməsinə malik olan TDD LTE ən perspektivli simsiz texnologiyalarından biridir. "BakuTel" sərgisinin ziyarətçiləri TDD LTE texnologiyasının xüsusiyyətləri və üstünlükləri ilə SAZZ stendində tanış ola biləcəklər.

Bundan başqa, "BakuTel 2013" sərgisində təqdim olunan və bir sıra mühüm üstünlükərinə görə qısa zamanda ad qazandıran "Sky Port" məhsulu ilə bağlı ətraflı məlumat əldə etmək mümkün olacaqdır. "SkyPort" "Sazz 4G İnternet" şəbəkəsinin əhatə dairəsindən asılı olmadan həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilər. Belə ki, "SkyPort" məhsulun abunəçiləri saniyədə 5 meqabitdən 100 meqabitə qədər seçilmiş sürətlə sabit internet xidmətindən faydalana bilərlər.

Bakutel sərgisinin ziyarətçiləri arasında "Sazz 4G İnternet" abunəçisi olmaq istəyən bütün şəxslər sərginin davam edəcəyi dörd gün ərzində sərfəli qiymət və şərtlərlə təklif olunacaq paketlər haqqında geniş məlumat almaq imkanına malik olacaqlar.

2013-cü ildəki Bakutel sərgisindən ötən vaxt ərzində "Sazz 4G İnternet" öz əhatə dairəsini mütəmadi olaraq genişləndirib və bu ilki "BakuTel" ərəfəsində Azərbaycanın bir sıra regionlarında genişzolaqlıİnternet xidməti göstəməyə başlayıb. İlkin olaraq paytaxt Bakı və Xırdalan şəhərlərini əhatə dairəsinə daxil edən şirkət qısa vaxt ərzində Abşeron yarımadasının, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Şəki, Sumqayıt, Gəncə, Xırdalan, Mingəçevir, Astara, Lənkaran, Lerik və Masallı şəhərlərinin internet istifadəçiləri də simsiz və limitsiz İnternetin verdiyi imkanlardan faydalanmağa başlayıblar. Son bir neçə ay ərzində "Sazz 4G İnternet" Bakı şəhərinin daxilində dəmövcud əhatə dairəsinin gücünü əhəmiyyətli dərəcədə artırıb.

SAZZ brendi 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən "BakuTel" sərgisi çərçivəsində bazara təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti