...

Azərbaycanın yeni peyki necə istifadə olunacaq? (FOTO) (VİDEO)

Telekommunikasiya Materials 5 Dekabr 2014 17:40 (UTC +04:00)
"Airbus Defence and Space" şirkəti "SPOT 7" aşağıorbitli peykin iş prinsipinin əks olunduğu foto və videokadrları yayımlayıb.
Azərbaycanın yeni peyki necə istifadə olunacaq? (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

"Airbus Defence and Space" şirkəti "SPOT 7" aşağıorbitli peykin iş prinsipinin əks olunduğu foto və videokadrları yayımlayıb.

Trend-in məlumatına görə, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olacaq "SPOT 7" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthini məsafədən müşahidə peyki dekabrın 2-də "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən ASC-yə təhvil verilib.

İki tərəf arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos"a məxsus "Azersky" və "Airbus Defence and Space" şirkətinə məxsus "SPOT 6" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthini məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq.

"Azersky" və "SPOT 6" peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti